“Sabah” “Nant”a Gənclər Liqasında biabırçı hesabla uduzdu

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsində ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu Fransada yerli “Nant” klubunun U-19 komandası ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. Fransızlar ilk hissədə 4 qola imza atıblar. Babakar Fall (4), Junior Kone (18), Brayan Nzita (23) və Tomi Rayani (45) fərqləniblər. Oyunda sonuncu nöqtəni isə 80-ci dəqiqədə qol vurmuş Kristian Djonde vurub.

Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək. “Masazır Arena”da keçiriləcək oyuna saat 17:00-da start veriləcək. Amma səfərdəki biabırçı məğlubiyyətdən sonra “Sabah”ın bu rəqibini mübarizədən kənarlaşdırması çətin görünür.

Xatırladaq ki, UEFA Gənclər Liqasının Liqa mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” da bu gün səfərdə İspaniyanın “Atletik” komandasına 0:3 hesabıyla uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: