“Sabah” klubu baş məşqçi Ramin Quliyev ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə tərəflər arasında imzalanmış yeni müqavilənin müddətinin 2 il olduğu diqqətə çatdırılıb.
Quliyev 2019-cu ildən “Sabah”da çalışır. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində işləyib. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.
Qeyd edək ki, “Sabah” geridə qalan mövsümün son turlarındakı uğurlu çıxışı sayəsində 8 kollektiv arasında 5-ci yeri tutub.


