“Sabah” U-19 növbəti dəfə Azərbaycan çempionu oldu

“Sabah”ın U-19 komandası AFFA Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olaraq növbəti dəfə çempionluq sevinci yaşayıb.

Arena.az xəbər verir ki, bu gün AFFA Gənclər Liqasında 36-cı turun oyunları keçirilib.

“Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç “bayquşlar”ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0. Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran bu komanda, mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektivi ötən mövsümdə də çempionluğa nail olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: