“Sabah” – “Zirə” 0:1 – Video

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Sabah” – “Zirə” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Masazırda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
12-ci tur
5 noyabr

“Sabah” – “Zirə” 0:1
Qol: Rüstəm Əhmədzadə, 90+1.
Qırmızı vərəqə: Emmanuel Apeh, 42.
Sarı vərəqələr: Emmanuel Apeh, 42 (qeyri-idman hərəkəti), 42 (hakimin qərarına etiraz) – Pyer Zebli, 46 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:30. “Bank Respublika Arena”, 1200 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Asiman Əzizli.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.

Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov (9. Anatoli Nuriyev, 66), 10. Aleksey İsayev (8. Ayaz Quliyev, 79), 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov (17. Tellur Mütəllimov, 90), 70. Jesse Sekidika (28. Kahim Parris, 79), 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov.
Məşqçi: Artur Olenin.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov (16. Fuad Bayramov, 88), 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila (6. Eldar Quliyev, 88), 15. Pyer Zebli (23. Andriya Lukoviç, 57), 28. Abbas İbrahim, 19. Salifu Suma (9. Vladislav Kulaç, 88).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri sosial şəbəkələrdə paylaş: