Kolumbiyalı müğənni Şakira “Barselona”nın sabiq müdafiəçisi Jerar Pikedən ayrıldıqdan sonra aldığı həyat dərsindən danışıb.
Arena.az “Hola” dərgisiniə istinadən Şakiranın bu barədə fikirlərini təqdim edir:
“Öyrəndiyim bir dərs odur ki, mən əslində olduğumdan daha kövrək olduğumu düşünürdüm. Başa düşdüm ki, insanlar böyük dözümlülüyə malikdirləri və hər şeyin öhdəsindən gələ bilərlər.
Mən həm də başa düşdüm ki, dostluq sevgidən daha uzun sürür. Övladlarıma ötürə biləcəyim ən yaxşı təcrübə odur ki, onların da mənim üçün olduğu kimi, gələcəkdə onlara mənəvi dəstək olacaq yaxşı dostları olmalıdır”, deyə Şakira bildirib.
Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Keçmiş futbolçunun həyat yoldaşına xəyanət etdiyi bildirilirdi. Cütlüyün iki oğlu da var.
Vurğulayaq ki, daha əvvəl, Pike Şakira ilə münasibətlərinə dair verdiyiyi müsahibəsində cütlüyün arasında baş vermiş əhvalatların heç on faizinin belə, insanlara məlum olmadığını bildirmiş və bu xüsusda söhbəti davam etdirməkdən boyun qaçırmışdı.


