“Qəbələ”nin bu ilin yayında heyətinə qatdığı Salihu Nasiru 20 yaşadək futbolçular arasında dünya çempionatında ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki Çilidə 20 yaşadək futbolçulardan ibarət komandaalar arasında təşkil edilmiş U-20 dünya çempionatı keçirilir.
“Qəbələ”nin futbolçusu Salihu Nasirunun formasını geyindiyi Nigeriya millisi ilə ilk görüşdə Norveç yığması ilə qarşılaşıb. Afrika təmsilçisi bu görüşdə 0:1 hesabı ilə məğlub olub. Əsas heyətdə oyuna başlamış Nasiru 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək.


