Samanta Kerr irqi zəmində təhqirlə bağlı mühakimə ediləcək

“Çelsi”nin və Avstraliyanın qadınlardan ibarət komandasının hücumçusu Samanta Kerr irqçilik qalmaqalı ilə üzləşib.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, xanım Kerr bir müddət əvvəl London taksi sürücüsü ilə gediş haqqının ödənilməsinə görə münaqişə edib. Polis hadisə yerinə gəldikdən sonra Samanta Kerr zabitlərdən biri ilə qarşıdurma yaşayıb və bu zaman onu “axmaq ağ bicbala” adlandırıb.

Hadisəni təhlil etmiş Böyük Britaniya polisi avstraliyalı xanımı irqçilikdə ittiham edərək məhkəməyə verib. Hadisələrin inkişafı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: