2026/2027-cı illər mövsümünə hazırlığı davam etdirən “Şamaxı” və “Sumqayıt” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin görüşü Qəbələ şəhər stadionunun köməkçi meydanında təşkil edilib.
Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Sumqayıt” buna qədər keçirdiyi sınaq matçlarında “Qəbələ” (1:1) və “Kəpəz”lə (0:0) heç-heçə etmişdi.
“Şamaxı” isə əvvəlki yoxlama oyunlarında “Kəpəz”lə qolsuz heç-heçə etmiş, Qətərin “Əl-Xaritiyat” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi.
Sumqayıtın eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasında yeni mövsümün iilk turunda “Neftçi” ilə üz-üzə gələcək. Qarşılaşma Sumqayıtda baş tutacaq. Şamaxının eyniadlı təmsilçisi də startda “Qarabağ”ın qonağı olacaq. Hər iki oyunun avqustun 14-də keçirilməsi nəzərdə tutulub. Amma yeni mövsümün ilk turunun daha dəqiq proqramı qarşıdakı günlərdə müəyyənləşəcək.


