“Sanderlend” Mark Qiunu icarəyə götürdü

“Sanderlend” 19 yaşlı ispan mərkəz hücumçusu Mark Qiunu “Çelsi”dən icarə müqaviləsi əsasında “qara pişiklər”in heyətinə qatıb.

Arena.az bu barədə “Sanderlend”in mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Mark Qiu “Barselona”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Çelsi” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Qiu “Çelsi” üçün 16 oyuna 6 qolla fərqlənib.

Mark Qiu İpsaniyanın U-17, U-18 və U-19 komandalarına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə çağırış almayıb.

Mark Qiu “Çelsi” ilə Konfrans Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: