Serxio Aqueronun oğlu PSJ-ni lağa qoydu

Argentina yığmasının və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueronun oğlu Benjamin Aquero Fransa çempionu PSJ-ni ələ salıb.

Arena.az xəbər verir ki, o, PSJ-nin sabiq ulduzu Lionel Messi ilə vidalaşmaya həsr etdiyi sosial şəbəkədəki yazının altında verdiyi açıqlama ilə Fransa nəhəngini pis vəziyyətdə qoyub.

Paris klubunun mətbuat xidməti sosial şəbəkələrdə argentinalı ulduzun yer aldığı fotonu imzalayaraq “Təşəkkür, Messi” yazıb. Oğul Aquero isə bu yazıya “O, sizin üçün çox nəhəngdir”, deyə satirik səpgidə münasibət bildirib.

Xatırladaq ki, mövsümün bitməsi ilə Messi PSJ-dən azad agent qismində ayrılıb. Messi 2021-ci ilin yayından Fransa nəhənginin heyətində çıxış edirdi. Hazırda ulduz hücumçunu sıralarına cəlb etmək uğrunda Səudiyyə Ərəbistanından, İngiltərədən və ABŞ-dan klublar mübarizəyə girişiblər. Messi isə “Barselona”ya qayıtmaq arzusunu gizlətmir. Kataloniya klubu bu yöndə çalışmalarını mərhələləi şəkildə icra edir.