“Sevilya”nın futbolçusuna barmaq etmiş azarkeşə cəza kəsildi

İspaniya İdmanda Zorakılıq, İrqçilik və Ksenofobiya ilə Mübarizə Komitəsi “Sevilya” futbolçusu ilə təhqiramiz davranmış azarkeşə cəza kəsib.

Arena.az bu barədə COPE dərgisinə istinadən məlumat.

Komitə oyun zamanı “Sevilya”nın futbolçusu Lukas Okamposun arxa dəliyinə barmaq soxmuş əxlaqsız azarkeşi 6 min avro məbləğində cərimələyib.

Mənbənin məlumatına görə, komitə qanacaqsız azarkeşin futbol oyunlarına getməsinə 1 il müddətində qadağa qoyulması barədə də qərar qəbul edib.

Xatırladaq ki, bu ədəbsiz hadisə İspaniya La Liqasının 23-cü turunun “Rayo Valyekano” – “Sevilya” oyununda (1:2) yaşanmışdı. Oyunun 33-cü dəqiqəsində Okamposun topu yan xətdən oyuna daxil etmək niyyətində olduğu zaman tribunarın ön cərgəsində oturmuş “Rayo Valyekano” azarkeşi oyunçunun arxasına barmaq etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: