Sezar Henrike Dias Santos “Şamaxı”dan getdi

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Sezar Henrike Dias Santosla da vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sezar Henrike Dias Santos 2025-ci ilin iyul ayından formasını geyindiyi “Şamaxı”da cəmi 33 oyun keçirib. Mərkəz müdafiəçisi bu görüşlərdə 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“İtuano”nun yetirməsi olan Sezar Henrike Dias Santos ölkəsində “Brazil Pelotas” və “Kaşias”ın da formasını geyinib.

“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Bilal İsmayılov, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli, Nihat Mehralıyev və Səlim Həşimovla da vidalaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: