Simeone “Real”la oyun haqda: “Hər iki komanda üçün zəif oyun idi”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 23-cü turunda “Real”la səfər heç-heçəsini (1:1) şərh edib.

Arena.az AS dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hər iki komanda üçün zəif oyun idi. “Real” bizdən yaxşı idi, amma oyun əla alınmadı. Komandalar ölçülü-biçili, ehtiyatlı oynayırdılar, heç kim səhv etmək istəmirdi. İkinci hissə də buna bənzərdi. Vurduğumuz qol heç-heçə etməyə imkan verdi ki, bu da çempionatda mübarizəmizi davam etdirməyə kömək edəcək.

“Atletiko” oyunun sonuna qədər 1 xal qazanmaq istəyirdi. Komanda qol vurmaq üçün fürsət axtarmağa davam etdi və nəticədə layiqli heç-heçəyə nail oldu”, deyə Dieqo Simeone bildirib.

“Real” 58 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Atletiko” 48 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: