Simone İnzaqi: “Bu liqada hər oyuna hazırlaşmaq çətindir”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya çempionatının 12-ci turu çərçivəsində “Frozinone” üzərində qələbəsini (2:0) şərh edib.

Arena.az “İnter”in rəsmi saytına istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Dimarkonun qolu oyunun tarazlaşdırılmış olduğu bir vaxta təsadüf etdi. Bir neçə fürsət yaratdıq, amma buna nail olmadıq və sonra bu qol bizi önə keçirdi.

Bu liqada hər oyuna hazırlaşmaq çətindir: bu axşam “Frozinone” kimi, mütəşəkkil və yaxşı hazırlıqlı komandalarla qarşılaşırsan. Biz əvvəlki beynəlxalq fasilədən sonra çox yaxşı altı oyun keçirdik və eyni ruhda davam etməliyik.

Bu mövsümün ilk 16 oyunu çox yaxşı keçdi. Uşaqlar yaxşı və əlaqəli işləyirlər, eyni ruhda davam etməlidirlər, çünki hələ çox uzun bir yol var. Əlbəttə, bu yolda çətinliklər olacaq, amma bu həlledici amil olacaq: biz bu anları bacardığımız qədər birlikdə dəf etməliyik”, deyə Simone İnzaqi bildirib.

Hazırda “İnter” 31 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Yuventus” isə 29 xalla “neradzurri”ni təqib edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: