“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 18-ci turunda “neradzurri”nin “Cenoa” ilə səfər heç-heçəsini (1:1) şərh edib.
Arena.az DAZN dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bizi hansı oyunun gözlədiyini bilirdik. “Cenoa” əla fiziki və mənəvi formadadır, oyun çətin keçdi. Əlbəttə ki, qalib gəlmək istəyirdik, amma nəticəni xüsuslar müəyyənləşdirir. Bütün mövsüm ərzində heç vaxt standart vəziyyətlərdən sonra qol buraxmadıq və bu gün bu silsilə sona çatdı. İkinci hissədə bizdə nəsə alınırdı, amma bu, kifayət etmədi. Rəqib yaxşı oynadı və heç-heçəyə layiq idi”, deyə Simone İnzaqi obyektiv surətdə bildirib.
Heç-heçəyə rəğmən, 2 xal itirmiş “İnter” A Seriyasının turnir cədvəlində 45 xalla liderliyini sürdürməkdə davam edir.
“Neradzurri”nin ən yaxın izləyicisi “Yuventus”un 17 oyundan 40 xalı var. “Cenoa” isə 20 xalla 12-ci pillədədir.


