Simone İnzaqi: “Cenoa”nın haqqını vermək gərəkdir”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 26-cı turunda qarşılaşdıqları “Cenoa” ilə ev oyununu (1:0) şərh edib.

Arena.az Milan klubunun rəsmi saytına istinadən, italyan mütəxəssisin oyunsonrası mətbuat toplantısında oyun barədə səsləndirdiyi fikri təqdim edir:

“Cenoa”nın haqqını vermək gərəkdir – rəqib çox yaxşı oyun keçirdi. Mən buna elə də təəccüblənmirəm, belə ki, komandanın cari mövsümdəki oyununu görmüşdüm. Bu oyunda bizim bəzi çətinliklərimiz vardı, ancaq azarkeşlərimiz bizi dəstəklədilər.

Qarşıda bizim çoxlu oyunlarımız olacaq, biz hamımız vahid bir məqsədlə işləyəcəyik və azarkeşlərimizi sevindirmək istəyirik. Öz futbolçularımı təbrik etmək istəyirəm. Onların çoxu mövsümdə 37-ci oyunlarını keçirdilər, bəziləri isə daha da çox oynayıblar. Bəzi oyunçularımız hələ yığmada da oynayıblar”, deyə Simone İnzaqi vurğulayıb.

Qələbə “İnter”ə İtaliya A Seriyasında liderliyi ələ keçirmək imkanı verib. “Neradzurri” əvvəlki turun lideri “Napoli”nin büdrəməsindən yararlanaraq, zirvəni ələ keçirib. “İnter” 26 oyundan 57 xalla 1-ci pillədədir. “Cenoa” isə 30 xalla 12-ci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: