Simone İnzaqi “İnter”in kubokdakı məğlubiyyətini şərh etdi

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin İtaliya Kubokunun 1/8 final mərhələsində “Bolonya”ya məğlubiyyətini (1:2) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, məyusedicidir, çünki biz iki il ardıcıl olaraq kuboku qazanmışdıq. Belə bir çıxışdan sonra xüsusilə qalib olmağa layiq idik. Bilirik ki, bu, futboldur. Yeganə problemimiz əlavə vaxtın son 15 dəqiqəsi oldu. Biz üstünlüyü itirməyə öyrəşməmişik. 90 dəqiqədən çox yaxşı oynadıqdan sonra bu, xüsusilə əsəbi idi. Uşaqlar 1/4 finala yüksəlmək istəyirdilər, azarkeşlər də”, deyə Simone İnzaqi təəssüflə bildirib.

Xatırladaq ki, “İnter”in 92-ci dəqiqədə vurduğu qola qonaqlar 112-ci və 116-cı dəqiqələrdə qollarla cavab verərək, “Cüzeppe Meatsa”dan əzmkar qələbə ilə qayıdıblar.

İtaliya Kubokunu ən çox “Yuventus” qazanıb – 14 dəfə. “İnter” və “Roma”nın hər birinin 9 qalibiyyəti var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: