“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin İtaliya Super Kubokunun finalında “Napoli” üzərində qələbəsini (1:0) şərh edib.
Arena.az italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Napoli”ni təbrik edirəm, əla oyun keçirdilər. 10 nəfərlə çox yaxşı müdafiə olundular və şir kimi mübarizə apardılar. Uşaqlarımı təbrik edirəm, cəmi 60 saat əvvəl yarımfinal oynamaq hamı üçün yeni bir şey idi. Çox yaxşı müdafiə olunduq. Daha əvvəl də önə keçə bilərdik.
Mən uşaqlar üçün, azarkeşlər üçün, klub üçün sevinirəm. Çətinliklərə rəğmən, onlar bu üç il ərzində həmişə yanımda olublar. Amma ən əsası azarkeşlərin sədaqətidir”, deyə Simone İnzaqi vurğulayıb.
Xatırladaq ki, yarışın yarımfinal mərhələsində “İnter” “Latsio” üzərində 3:0 hesablı qələbə qazanıb. Finalda isə “neradzurri” qələbəni oyunun əsas vaxtına əlavə edilmiş ilk təzminat dəqiqəsində (90+1) Lautaro Martinesin qolu ilə əldə edib.


