Simone İnzaqi “Latsio” ilə oyundan gözləntilərini açıqladı

“İnter”iin baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının “Latsio” ilə 16-cı tur səfər oyunundan gözləntilərini açıqlayıb.

Arena.az xatırladır ki, italyan mütəxəssis əvvəllər məhz “Latsio”nu çalışdırıb, İnzaqi məşqçilik fəaliyyətinə “qartallar”ın sükanı arxasında başlayıb.

İnzaqinin çıxışının müqəddiməsi daha çox duyğusal və hörmətcil təsvirləri ilə diqqət çəkib:

“Mənim üçün “Latsio” ilə oyun heç vaxt digər oyunlar kimi olmayacaq. Düşünürəm ki, bu, onlarla səkkizinci, “Olimpiko” stadionunda isə dördüncü görüşümdür. Keçdiyim yolu, burada qazandığım qənimətləri, əvvəlcə futbolçu, sonra isə məşqçi kimi unutmuram.

Bütün keçmiş komanda yoldaşlarıma və oyunçularıma təşəkkür edirəm, prezident Klaudio Lotito, direktor İqli Tare, birlikdə işlədiyim hər kəs haqqında düşünürəm. İlk dəfə olaraq “Latsio”, indi isə çox xoşbəxt olduğum klub “İnter”in baş məşqçisi olmaqla bəxtim gətirib, hiss edirəm ki, gördüklərimizi qiymətləndirirəm və bununla qürur duyuram.

Bu, çətin oyun olacaq, çünki biz bu mövsüm 22 rəsmi oyundan 16-da qalib gəlmiş komandaya qarşıyıq, qalib gəlmədikdə isə çox yaxşı oynayıblar. Biz hamının haqqını verməliyik: kluba, məşqçiyə və futbolçulara. Baroni (Marko Baroni – “Latsio”nun baş məşqçisi, italyan mütəxəssis – redaktorun qeydi) əla işlər görür, komanda təşkil edilib və onlar həqiqətən yaxşı futbol oynayırlar. Hamının, onların nə qədər yaxşı oynadıqlarını etiraf etməsi, ədalətli olardı.

Mövsümün əvvəlində demişdim ki, bu, çox tarazlı yürüş olacaq. Fikrimcə, skudetto uğrunda yarışda “Latsio”nu hesaba almağımız düzgündür. Onların cari mövqeyindən başqa, onların oyun tərzi, təşkilatçılığı məni heyran edir və bu, onları çempionluğa iddialılar sırasına qoyur”, – deyə Simone İnzaqi bildirib.

“Latiso” – “İnter” oyunu bu gün, dekabrın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

14 oyundan 31 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşmış “İnter” İtaliya A Seriyasının mümkün lideri qismindədir. Nəzəri olaraq, “neradzurri” 37 xalla yarış cədvəlinə başçılıq edən “Atalanta” ilə şərikli liderliyə iddia edir. “Latsio” isə 15 oyundan 31 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: