Simonelli yay transfer pəncərəsinin tez bağlanmasını istəyir

İtaliya A Seriyasının prezidenti Etsio Simonelli yay transfer pəncərəsinin son tarixi ilə bağlı çıxış ilə diqqət çəkib.

Arena.az xəbər verir ki, Simonelli İtaliya A Seriyasının, Avropada yay transfer pəncərəsinin milli birinciliyin birinci turunun başlanmasına qədər bağlanmasını istəyini bildirib:

“Biz istəyirik ki, pəncərə çempionat başlayana qədər bağlansın. Eynisi İngiltərə Premyer Liqasına da aiddir. Ancaq İspaniya La Liqası pəncərəni 31 avqust tarixindən tez bağlamayacaq. Görünür, bu, Almaniya Bundesliqası və Fransa Liqa 1-i ilə də belə olacaq. Bizə, buna müvəffəq olmaq üçün həmrəylik gərəkdir. Bu, elə də asan deyil”, deyə liqa rəhbəri vurğulayıb.

Xatırladaq ki, cari təqvim üzrə Avropada yay transfer pəncərəsi iyunda açılır və avqust ayının 31-də bağlanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: