Stiv Mandanda “Renn”lə yeni müqavilə imzaladı

Futbol üzrə Fransa milli komandasının sabiq qapıçısı Stiv Mandanda formasını geyindiyi “Renn” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Mandandanın klubla əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi. O, bu kluba 2022-ci ilin yayında Marsel “Olimpik”indən azad agent kimi gəlmişdi. Təcrübəli qolkoper “Renn” forması ilə meydana çıxdığı 64 oyunda 67 qol buraxıb, 20 “quru” oyun keçirib. 38 yaşlı qapıçı bu mövsüm meydana çıxdığı 22 oyunda 27 qol buraxıb. Qolkiperin hesabında 5 “quru” oyun da var.

Stiv Mandanda karyerası ərzində Marsel “Olimpik”ində (613 oyun, 674 buraxılmış qol, 199 “quru” matç), “Havr”da (72 oyun, 73 buraxılmış qol, 26 “quru” matç) və “Kristal Pelas”da (10 oyun, 17 buraxılmış qol, 1 “quru” matç) da oynayıb. O, Fransa milli komandasında da 35 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: