“Sumqayıt” Elvin Bədəlovla da müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, müdafiəçi Elvin Bədəlovla iki illik anlaşma imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və əsas millilərinin uğurları üçün çalışıb.

“Sumqayıt” daha öncə Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi və Tellur Mütəllimovla da yeni müqavilə bağlamışdı.