“Sumqayıt” Türkiyənin daha bir klubuna məğlub oldu

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Qaziantep” ilə qarşılaşıb.

Sumqayıtlılar bu oyunda 1:2 hesabı ilə məğlub olublar. Azərbaycan təmsilçisinin yeganə qoluna 84-cü dəqiqədə Xəzər Mahmudov imza atıb.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Türkiyənin “Keçiörengücü” (1:2) və “Sivasspor” (0:2) klublarına da uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: