“Sumqayıt” “Zirə”yə yoxlama oyununda qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Zirə” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Zirə İdman Kompleksinin stadionunda qarşılaşıblar.

Bu oyunda Samir Abasovun rəhbərlik etdiyi Sumqayıt təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola Kamran Quliyev imza atıb.

Xatırladaq ki, hazırda 19 xalla Premyer Liqanın lideri olan “Zirə” fasilədən sonrakı ilk oyununu oktyabrın 21-də səfərdə “Kəpəz”ə qarşı keçirəcək. 11 xalla 7-ci olan sSumqayıtlılar isə həmin gün “Sabah”ın qonağı olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: