Super Liqa: “Başakşəhər” 5 qola üzüldü, “Qalatasaray”…

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə 3 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Gənclərbirliyi” – “Kasımpaşa” matçında qonaqlar qalib gəliblər. “Amedspor” doğma meydanda “Başakşəhər”i 5 cavabsız qolla yenibsə, “Qalatasaray” “Kocaelispor”u tək qolla yenib.

Qeyd edək ki, 5-ci tura sentyabrın 14-də keçiriləcək “Qaziantep” – “Fənərbağça” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
5-ci tur

11 sentyabr

Beşiktaş – Ərzurumspor 3:0

12 sentyabr

Eyüpspor – Rizəspor 0:2
Samsunspor – Çorum 1:5
Alanyaspor – Göztəpə 2:2
Konyaspor – Trabzonspor 1:0

13 sentyabr

Gənclərbirliyi – Kasımpaşa 1:2
Amedspor – Başakşəhər 5:0
Qalatasaray – Kocaelispor 1:0

14 sentyabr

21:00. Qaziantep – Fənərbağça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: