Super Liqa: “Fənərbaxça”dan ardıcıl 6-cı qələbə!

Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 3-cü turundan təxirə salınmış “Fənərbaxça” – “Başakşəhər” oyunu baş tutub.

Arena.az xəbər verir ki, İstanbul təmsilçiləri bu gün “Şükrü Saracoğlu” stadionunda üz-üzə gəliblər.

“Fənərbaxça” doğma meydanda 4 cavabsız qola sevinib. Bu, İstanbul nəhənginin ardıcıl 6-cı qələbəsidir. İtkisiz irəliləyən “sarı bülbüllər” hazırda 18 xalla vahid liderdirlər. 16 xala malik “Qalatasaray” ikinci pillədə qərarlaşıbsa, “Adana Dəmirspor” və “Rizəspor”un 11, “Hatayspor” və “Beşiktaş”ın 10 xalı var.

Türkiyə, Super Liqa
3-cü turun oyunları
26 sentyabr

İstanbulspor – Qalatasaray 0:1
Qol: İkardi, 42.

27 sentyabr

Adana Dəmirspor – Beşiktaş 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.

28 sentyabr

Fənərbaxça – Başakşəhər 4:0
Qollar Djiku, 5. Duarte, 10-öz qapısına. Şimanski, 20; 80.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: