Super Liqa: “Göztəpə” və “Rizəspor” evdə uduzdular

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Göztəpə” – “Qaziantep” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Rizəspor” da doğma meydanda “Alanyaspor”a minimal hesabla uduzub.

Beləliklə, geridə qalmış 4 turdan sonra 10 xala malik “Qalatasaray” vahid liderdir. “Beşiktaş”la “Kocaelispor”un 9 xalı var. “Trabzonspor”, “Qaziantep”, “Amedspor”, “Alanyaspor” və “Gənclərbirliyi” isə 7 xal toplayıblar.

Türkiyə, Super Liqa
4-cü tur

4 sentyabr

Başakşəhər – Qalatasaray 2:3

5 sentyabr

Ərzurumspor – Konyaspor 1:0
Fənərbağça – Beşiktaş 1:2

6 sentyabr

Çorum – Eyüpspor 3:0
Kasımpaşa – Amedspor 2:2
Kocaelispor – Samsunspor 1:0
Trabzonspor – Gənclərbirliyi 5:0

7 sentyabr

Göztəpə – Qaziantep 2:4
Rizəspor – Alanyaspor 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: