Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Pendikspor” – “Alanyaspor” və “Antalyaspor” – “Kayserispor” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Mövsümə uğursuz başlamış “Başakşəhər” bu dəfə doğma meydanda “Konyaspor”a məğlub olub.
Səfərdə “Qaziantep”lə qarşılaşan son çempion “Qalatasaray” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
4-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
4-cü tur
1 sentyabr
Kasımpaşa – Trabzonspor 1:5
Qollar: Vink, 85 – E.Destan, 15. Bardi, 28; 64. Benkoviç, 45+4. G.Gürpüz, 82.
Rizəspor – Fatih Karagümrük 1:0
Qol: Varesanoviç, 45+1.
2 sentyabr
Başakşəhər – Konyaspor 0:1
Qol: Çikalleşi, 53.
Pendikspor – Alanyaspor 1:1
Qollar: B.Sulungoz, 90+3 – Auqusto, 88.
Antalyaspor – Kayserispor 1:1
Qollar: Van de Strek, 44 – Tiam, 34.
Qaziantep – Qalatasaray 0:3
Qollar: K.Aktürkoğlu, 5. İkardi, 64; 73.
3 sentyabr
20:15. Beşiktaş – Sivasspor
20:15. Samsunspor – İstanbulspor
22:45. Ankaragücü – Fənərbaxça
22:45. Hatayspor – Adana Dəmirspor


