Super Liqa: “Qalatasaray”dan “Kayserispor” üzərində çətin qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son çempion “Qalatasaray” doğma meydanda “Kayserispor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 20 turdan sonra 53 xala malik “Fənərbaxça” vahid liderdir. “Qalatasaray” 51 xalla ikinci, “Trabzonspor” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 35, “Rizəspor”un 32, “Adana Dəmirspor”, “Antalyaspor” və “Kayserispor”un 29 xalı var. “Başakşəhər” və “Kasımpaşa” 26, “Sivasspor” 25, “Ankaragücü” 24, “Alanyaspor” 22, “Hatayspor”, “Samsunspor” və “Qaizantep” 21, “Fatih Karagümrük” 20, “Konyaspor” 19, “Pendikspor” 16, “İstanbulspor” isə 7 xal toplayıb.

Türkiyə, Super Liqa
20-ci tur
13 yanvar

Ankaragücü – Kasımpaşa 3:1
Qollar: Muyakiç, 45+1. Bayiç, 64. Pedrinyo, 83 – A.Kara, 35.

Hatayspor – Pendikspor 1:1
Qollar: Rivas, 47 – Kappel, 90+4.

Başakşəhər – Alanyaspor 3:2
Qollar: D.Turuç, 35. Pyontek, 45+1. Fiqeyredo, 58 – Kordova, 2. Riçard, 61.

Beşiktaş – Fatih Karagümrük 3:0
Qollar: S.Kılıçsoy, 62. Raşiça, 65. J.Fernandes, 90+2.

Rizəspor – Adana Dəmirspor 1:0
Qol: Moçi, 54.

14 yanvar

İstanbulspor – Konyaspor 0:0

Antalyaspor – Trabzonspor 1:1
Qollar: Yeheskel, 68 – Funtas, 2.

Samsunspor – Sivasspor 2:0
Qollar: Drongelen, 4. Holse, 36.

Qaziantep – Fənərbaxça 0:1
Qol: İ.C.Kahveci, 81.

15 yanvar

Qalatasaray – Kayserispor 2:1
Qollar: Nelsson, 26. Mertens, 86-pen – Boa Morte, 57.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: