Super Liqa: “Trabzonspor” Konyadan xalsız qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. “Eyüpspor” evdə “Rizəspor”a, “Samsunspor” “Çorum”a məğlub olub. “Konyaspor” isə “Trabzonspor”la ev oyununda tək qolla qalib gəlib.

Qeyd edək ki, 5-ci turun qalan görüşləri sentyabrın 13-də və 14-də keçiriləcək.

Türkiyə, Super Liqa
5-ci tur

11 sentyabr

Beşiktaş – Ərzurumspor 3:0

12 sentyabr

Eyüpspor – Rizəspor 0:2
Samsunspor – Çorum 1:5
Alanyaspor – Göztəpə 2:2
Konyaspor – Trabzonspor 1:0

13 sentyabr

18:00. Gənclərbirliyi – Kasımpaşa
21:00. Amedspor – Başakşəhər
21:00. Qalatasaray – Kocaelispor

14 sentyabr

21:00. Qaziantep – Fənərbağça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: