Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Amedspor” matçında qalib müəyyənləşməyib. “Kocaelispor” doğma meydanda “Samsunspor”u tək qolla məğlub edib. “Çorum” evdə “Eyüpspor”u, “Trabzonspor” isə “Gənclərbirliyi”ni böyük üstələyib.
Qeyd edək ki, 4-cü turun qalan görüşləri sentyabrın 7-də keçiriləcək.
Türkiyə, Super Liqa
4-cü tur
4 sentyabr
Başakşəhər – Qalatasaray 2:3
5 sentyabr
Ərzurumspor – Konyaspor 1:0
Fənərbağça – Beşiktaş 1:2
6 sentyabr
Çorum – Eyüpspor 3:0
Kasımpaşa – Amedspor 2:2
Kocaelispor – Samsunspor 1:0
Trabzonspor – Gənclərbirliyi 5:0
7 sentyabr
21:00. Göztəpə – Qaziantep
21:00. Rizəspor- Alanyaspor


