Rusiyalı futbol mütəxəssisi Yuri Syomin “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqqında fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 2013/2014 mövsümündə “Qəbələ”ni çalışdırmış Syomin, Kvaratsxeliyanın A Seriyasında mövsümün ən yaxşı futbolçusu adını qazanmasına belə münasibət bildirib:
“İtaliya A Seriyasının ən yaxşı oyunçusu olmaq böyük nailiyyətdir. Bu, ən yüksək səviyyədir. Xviça buna layiq idi. Çünki o, hər oyunda parlaq oynadı. Xviça “Napoli”də çox əhəmiyyətli oyunçudur. Sol hücumçu mövqeyində bu qədər qol vurmaq və bu qədər ötürmə etmək – bunu yalnız istedadlı futbolçular edə bilərlər.
Afərin. Xviça gəldi və gündəlik çalışmaları ilə istedadını inkişaf etdirdi. O, klubun maraqları daxilində çalışmağı sevən işçi adamdır. Onun öz məqsədi var və o, buna nail olur. Bu mərhələdə o, heyrətamiz uğurlara nail oldu”.
Cari mövsümdə Kvaratsxelyia “Napoli”nin heyətində 42 oyun keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” intetnet-portalı gürcü futbolçunu 85 milyon avro məbləğində qiymətləndirir.