Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası
3-cü tur
6 noyabr
“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 19:00.


