Almaniyanın “Herta” komandasının baş məşqçisi Tayfun Korkut istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bundesliqa təmsilçisi türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Baş məşqçi ilə yanaşı köməkçisi İliye Araçiçlə də müqavilə ləğv edilib. Onların istefasına komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Berlin klubu hazırda 23 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin hazırkı əsas hədəfi elitada qalmaqdır.
Tayfun Korkut 2021-ci ilin noyabrında “Herta”ya baş məşqçi təyin edilmişdi. Türkiyə millisinin sabiq üzvü daha öncə “Hannover”, “Kayzerslauten”, “Bayer” (Leverkuzen) və “Ştutqart”ı da çalışdırıb.


