Teymur Rəcəbov da Dünya Kubokunda mübarizəni dayandırdı

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil edilmiş şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələnin tay-brek görüşləri keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib. İlk partiya Santosun uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Hayme Santos 1/16 finala adlayıb. Teymur Rəcəbov isə yarışda mübarizəni dayandırıb.

Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov da komanda yoldaşının aqibətini yaşayıb. Məmmədov FIDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb.

Ölkəmizin yarışdakı son təmsilçisi Nicat Abbasov isə təcrübəli Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abbasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb.

Sabah Dünya Kubokunda istirahət günüdür. Avqustun 9-da Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: