“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisindəki çıxışlarını müvəqqəti dayandırıb və UEFA Millətlər Liqasında iştirak etməyəcək.
Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper bu qərarı özü açıqlayıb.
Kurtua bildirib ki, yalnız baş məşqçinin zədə səbəbindən ciddi problemlərlə üzləşəcəyi halda milliyə çağırıla bilər:
“UEFA Millətlər Liqasının oyunlarında iştirak etməmək qərarına gəlmişəm. Yalnız baş məşqçi zədələr səbəbindən çətin vəziyyətə düşərsə, məni milliyə çağıra bilər”.
Belçika millisinin Millətlər Liqasındakı növbəti oyunu sentyabrın 25-də İtaliyaya qarşı keçiriləcək.
Tibo Kurtua Belçika millisində 115 oyun keçirib. O, 2014, 2018 və 2022-ci illərdə dünya çempionatlarında iştirak edib. 2018-ci ildə Rusiyada keçirilən mundialda Belçika ilə bürünc medal qazanıb.
Qapıçı “Real”ın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.


