Tokio-2020: 7 medal və “qızıl”sız Azərbaycan

Azərbaycan komandası üçün Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb. Arena.az xəbər verir ki, ölkəmiz bu Olimpiadanı qızıl medalsız başa vurub.

Antirekord 25 ildən sonra təkrarlanıb. Azərbaycan sonuncu dəfə 1996-cı ildə qızıl medal qazana bilməmişdi. Həmin vaxt yeganə medalı sərbəst güləşçi Namiq Abdullayev qazanıb. O, gümüş medala sahib olub.

Qeyd edək ki, Tokioya yollanan Azərbaycanın 44 idmançısından yeddisi medal qazana bilib. Bunlardan üçü gümüş, dördü isə bürünc medaldır.

Medal qazanan idmançılarımız bunlardır:

Cüdo: İrina Kindzerska (+78 kq) – bürünc

Boks: Alfonso Dominqes (81 kq) – bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) – bürünc

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) – hər ikisi gümüş

Sərbəst güləş: Hacı Əliyev (65 kq) – gümüş

Qadın güləşi: Mariya Stadnik (50 kq) – bürünc

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: