Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən daha bir cüdoçumuz bu gün qüvvəsini sınayıb.
Tokioda Azərbaycan komandasının bayraqdarlarından biri olan Rüstəm Orucov 73 kq çəki dərəcəsində yarışıb. Təcrübəli idmançımız 1/16 finalda rusiyalı Mua Moquşkovla üz-üzə gəlib. Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Maxmadbekovla (Tacikistan) görüşüb. Bu rəqibinə də vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə yaponiyalı Şohei Ono ilə görüşüb.
Təəssüf ki, güclü rəqiblə görüş Azərbaycan cüdoçusunun məğlubiyyəti ilə başa çatıb. Bu üzdən də Orucov təsəlliverici görüşdə Akil Cakova (Kosovo) ilə görüşmək məcburiyyətində qalıb. Bu görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. 30 yaşlı idmançımız medal uğrunda görüşdə Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb. Dünya çempionuna məğlub olan Orucov da Olimpiadada medalsız qalıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


