Tokio-2020: Zelim Kotsoyev də medal qazana bilmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən daha bir cüdoçumuz – Zelim Kotsoyev də bu gün qüvvəsini sınayıb.

100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuzun ilk rəqibi fransalı Aleksandr İddir olub. Kotsoyev vazari xalı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Növbəti rəqib kanadalı Şadi Elhanas olub. Kotsoyev iki vazari xalı ilə uduzaraq, mübarizəni dayandırıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: