Toral Bayramov “Erokspor”a qarşı 27 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində “Erokspor”la qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib – 2:2. Toral 63-cü dəqiqədə, hesab 2:2 olarkən meydana buraxılıb.

“Bursaspor” hazırda 16 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 7 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: