“Traktor” “İstiqlal”la ev oyununda xal itirdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 8-ci tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Traktorçular” 28-ci dəqiqədə qol buraxsalar da, 74-cü dəqiqədə Mehdi Hüsseyninin sayəsində hesaba tarazlıq gətiriblər. Görüşdə başqa qol qeydə alınmayıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər – 1:1.

“Traktor” hazırda 17 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün yarış cədvəlində vahid lideridir. Komanda keçirdiyi 8 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 9 top keçirmiş “traktorçular” öz qapılarında cəmi 2 qol görüblər.

Cənubi Azərbaycan nəhəngi növbəti oyununu Asiya Çempionlar Liqası çərçivəsində Qətərin “Şamal” komandasına qarşı keçirəcək. Bu oyun sentyabrın 12-də Təbrizdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: