Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 6-cı tur çərçivəsində “Gol Gohar” ilə qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda çətin qələbəyə seviniblər – 1:0. Təbrizlilərə qələbə gətirən qolu 45-ci dəqiqədə fərqlənmiş Əmirhüseyn Hüseynzadə vurub.
“Traktor” bu nəticədən sonra 16 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün vahid lideridir. Komanda keçirdiyi 6 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib. Rəqib qapılarından 8 top keçirmiş “traktorçular” öz qapılarını toxunulmaz saxlayıblar.
Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını sentyabrın 10-da səfərdə “İstiqlal”a qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.


