Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 4-cü tur çərçivəsində “Xadormalu” ilə qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda ilk üç turda olduğu kimi, qələbəyə seviniblər – 2:0. Təbrizlilərin heyətində Əmirhüseyn Hüseynzadə (48-ci dəqiqədə penaltidən) və Tomislav Ştrkal (90+6) fərqləniblər.
“Traktor” bu nəticədən sonra 12 xalla İran çempionatının vahid liderinə çevrilib.
Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını sentyabrın 1-də səfərdə “Şəms Azər Qəzvin”ə qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 19:45-də start veriləcək.


