“Transfermarkt” internet-portalı klub heyətlərinin ümumi dəyərinə əsasən dünyanın ən bahalı futbol liqalarının siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahıya əsaslı fərqlə İngiltərə Premyer Liqası başçılıq edir.
“Böyük beşlik” futbol ölkələrinin liqaları ilk onluqda yer alıb.
Dünyanın ən bahalı 10 futbol liqasını diqqətinizə çatdırırıq:
- İngiltərə Premyer Liqası – 11,04 milyard avro;
- İspaniya La Liqası – 4,77 milyard avro;
- İtaliya A Seriyası – 4,71 milyard avro;
- Almaniya Bundesliqası – 4,31 milyard avro;
- Fransa Liqa 1-i – 3,68 milyard avro;
- Braziliya A Seriyası – 1,44 milyard avro;
- Portuqaliya Primeyrası – 1,35 milyard avro;
- ABŞ MLS-i – 1,27 milyard avro;
- Türkiyə Super Liqası – 1,15 milyard avro;
- Səusiyyə Ərəbistanı Peşəkar Liqası – 1,07 milyard avro.


