“Transfermarkt” internet-portalı aralıq yeniləməsinin nəticəsinə əsasən Fransa Liqa 1-in ən bahalı oyunçularının siyahısını dərc edib.
Arena.az xəbər verir ki, ilk onluqda doqquz oyunçunun PSJ-ni təmsil etməsi maraq doğurur.
Siyahıya PSJ-nin və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe başçılıq edir. Kilianın həmklubu, 2-ci pillədə qərarlaşmış hücumçu Randal Kolo Muaninin bazar qiyməti ilə Mbappenin bazar qiyməti arasında 100 milyon avro fərq var.
Fransa Liqa 1-in ən bahalı 10 futbolçusunun siyahısını təqdim edirik:
- Kilian Mbappe (PSJ, 180 milyon avro);
- Randal Kolo Muani (PSJ, 80 milyon avro);
- Nuno Mendes (PSJ, 65 milyon avro);
- Əşrəf Hakimi (PSJ, 65 milyon avro);
- Markinyos (PSJ, 65 milyon avro);
- Conatan Devid (“Lill”, 60 milyon avro);
- Usman Dembele (PSJ, 60 milyon avro);
- Manuel Uqarte (PSJ, 55 milyon avro);
- Uorren Zair-Emeri (PSJ, 50 milyon avro);
- Qonsalo Ramos (PSJ, 50 milyon avro).


