“Turan Tovuz” – “Səbail” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Səbail” matçının biletləri satışa çıxarılıb.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

“Turan Tovuz” – “Səbail” matçı avqustun 30-da Tovuz şəhər stadionunda baş tutacaq. Qarşılaşmaya saat 17:45-də start veriləcək. Oyundan sonra Tovuz klubunun rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.

Xatırladaq ki, “Turan Tovuz” 4 turdan sonra 10 xalla Premyer Liqanın turnir cədvəlində vahid liderdir. “Səbail” isə 4 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: