16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-16) Bakıda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ikinci oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda keçirilmiş görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolu 45+2-ci dəqiqədə penaltidən fərqlənmiş Xədicə Rəhimova vurub.
Günün digər matçında Gürcüstan yığma komandası Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turnirində çərçivəsində keçirdiyi ilk oyunda Litva yığma komandasına 1:4 hesabıyla uduzmuşdu.
Azərbaycan millisi növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Turnirdəki son oyunun start fiti saat 12:00-da səslənəcək.


