Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi (U-17) ikinci sına matçına çıxıb.
Arena.az xəbər verir ki, milli komandamız bu gün Tiflisdə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bu komandalar arasında baş tutmuş ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.
U-17 millimizin bu toplanış üçün açıqlanmış heyətində aşağıdakı futbolçular yer alıblar:
Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);
Müdafiəçilər: Aysu Əsədova, Aylin Azadova (“Sabah”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayilova (“Şəfa”), Məryəm Nuruzadə, Aylin Əliyeva (“Ulduz”), Nuray Əzizova (“Təhsil 8 İOEUGİM”);
Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);
Hücumçular: Şəhanə Mirzəliyeva (“Liman”), Zəhra Abdullayeva (“Ulduz”).


