17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) sentyabrın 3-dən 7-dək Bakıda təlim-məşq toplanışı baş tutacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Millimiz sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.
U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək.
17 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev qarşıdakı toplanış və yoxlama oyunları üçün heyətə 22 futbolçu cəlb edib:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Həzrət Səmədov – Sabah
- Elşən Atakişiyev – Neftçi
- Fərid Cabbarlı – Zirə
- Əlibəy Mahmudov – Sabah
- Tunar Muradov – Sabah
- Kamil Məmmədov – Neftçi
- Rəvan Teymurov – Qarabağ
- Zeyd Nəsirulla – Herta (Zehlendorf, Almaniya)
- Murad Qurbanov – Zirə
- İbrahim Xəlilov – Sabah
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Nihad İsaqov – Kəpəz
- Əli Qazibəyov – Qarabağ
- Abdulaziz Cabbarlı – Qarabağ
- İbrahim Babayev – Servett 1890 (İsveçrə)
- Nihat İsgəndərov – Qarabağ
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- Əli İbrahim – Qarabağ
- Elnur Abdullayev – Neftçi


