U-17 millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, U-17 millimiz ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişinyov şəhərinə yollanacaq.

B Liqasının 1-ci qrupunda yer almış U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. Turnirin bütün matçları Moldovada təşkil olunacaq.

Azərbaycan millisiə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

  1. Aydan Abdullayeva – Sabah
  2. İradə Əsədli – Şəfa
  3. Aylin Quluzadə – Təhsil 8 İOEUGİM
  4. Məryəm Səmədli – Sabah
  5. Aysu Əsədova – Sabah
  6. Aylin Kərimova – Sabah
  7. Ayan Abdiyeva – Liman
  8. Şəhanə Mirzəliyeva – Liman
  9. Suel Polikarpova – Neftçi
  10. Sara Səlimova – Neftçi
  11. Naidə Məmmədova – Dirçəliş
  12. Xədicə Rəhimova – Neftçi
  13. Mehri Məmmədzadə – Baku Juniors
  14. Fatimə Kərimli – Sabah
  15. Tərgül Qəniyeva – Sabah
  16. Yasmin Bəbirova – Təhsil 8 İOEUGİM
  17. Zəhra İsmayılova – Şəfa
  18. Aylin Azadova – Sabah

24 oktyabr

Uels – Azərbaycan
Baş hakim: Uqne Şmitayte (Litva).
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova).
Dördüncü hakim: Oleq Stoyanov (Moldova).
Kişinyov. “Zimbru 2” stadionu. Saat 15:00

27 oktyabr

Kosovo – Azərbaycan
Baş hakim: Briet Braqadottir (İslandiya).
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova).
Dördüncü hakim: Oleq Stoyanov (Moldova).
Vadul lui Voda. Millilərin Hazırlıq Mərkəzi. Saat 14:00.

30 oktyabr

Azərbaycan – Moldova
Baş hakim: Uqne Şmitayte (Litva).
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya).
Dördüncü hakim: Briet Braqadottir (İslandiya).
Kişinyov. “Zimbru 2” stadionu. Saat 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: